Erməni deputat azadlığa buraxılıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin müxalif “Hayastan” fraksiyasının üzvü Mher Saakyan 72 saatlıq həbsdən sonra bu gün azadlığa çıxıb.
Xatırladaq ki, Mher Saakyan cümə günü parlamentin Dövlət Hüququ Daimi Komissiyasında baş verən insidentdən sonra həbs edilmişdi. O, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vladimir Vardanyana hücum edərək onu yumruqlamışdı.
Telegram kanalımız