Ermənistan Baş Prokurorluğu “Hayastan” fraksiyasının deputatı Mqer Saakyana qarşı cinayət təqibinin başlanmasına parlamentdən razılıq istəyib.
Yenisabah.az “Hraparak”a istiandla xəbər verir ki, bu barədə Baş Prokuroluq məlumat yayıb.
Məlumata görə, martın 31-də deputatların iştirakı ilə keçirilən qapalı işçi müzakirəsi zamanı müxalifət koalisiyasının deputatı Mqer Saakyan “Vətəndaş müqaviləsi”ndən olan Vladimir Vardanyana yüksək səslə ağılsız şəkildə irad bildirib. Sonra o, həmkarına yaxınlaşıb və sağ əlindəki əşya ilə onu vurub.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Mqer Saakyan cinayət əməli törətdiyinə dair əsaslı şübhələr əsasında polis idarəsinə aparılıb. O, aprelin 3-də təcridxanadan buraxılıb.
Telegram kanalımız