“Hər gün ağlasalar...” - Tolik Zaurun ağladığı görüntünü paylaşdı, reaksiya gecikmədi

saytların hazırlanması

Evə çatdırılma

“Hər gün ağlasalar...” - Tolik Zaurun ağladığı görüntünü paylaşdı, reaksiya gecikmədi

Şou

16 Yanvar 2020 07:23 21233


Tanınmış teleaparıcı Tarix Əliyev (Tolik) həmkarı – ATV telekanalının aparıcısı Zaur Baxşəliyevlə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, İnstaqram səhifəsindən Z.Baxşəliyevin efirdə ağladığı videonu yayan Tolik görüntülərdən çox təsirləndiyini bildirib:

“Çox pis oldum, vallah. Aparıcıları qınamayın onların bütün mövzularda ürəkləri ağrayır, amma hər gün ağlasalar, verilişləri ağlamaqla keçər.Amma onlar da daş deyil. Siz çox şeyləri bilmirsiniz. İnanın, Zaur mənə dəfələrlə zəng edib, deyib ki, filan ailəyə kömək edirəm, amma adımı demə. Özü də maddi tərəfdən edib, heç reklam da etməyib!”   Pepperoni pizza

T.Əliyevin bu paylaşımına Zaurdan da reaksiya gecikməyib. Aparıcı rəydə ona təşəkkürünü bildirib.

Qeyd edək ki, iki kanal arasında bəzən gərgin rəqabətin şahidi oluruq. Hətta bəzən kanalın aparıcıları bir-birlərinə atmacaları ilə gündəmə gəlirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!