Hər şeyin sahibi tanrıdır deyib vergi ödəmədilər - 1.4 milyon dollar cərimə yazıldı

Hər şeyin sahibi tanrıdır deyib vergi ödəmədilər - 1.4 milyon dollar cərimə yazıldı
İyul 18, 2019
Oxunma sayı: 96

Kainatdakı hər şeyin sahibinin tanrı olduğuna inanan bacı-qardaşa 1.4 milyon dollar cərimə yazılıb. 

"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, hadisə Avstraliyada baş verib. 

Belə ki, Rembertus və Fanni Biriput adlı bacı-qardaş “hər şeyin sahibi tanrıdır, dövlət yox” deyərək 7 ildir ki, vergilərini ödəməyiblər. Onlar vergi verməyin insanların tanrıya olan sədaqətini azaltdığına inanıblar.

Məhkəməyə verilən bacı-qardaş hakim qarşısına çıxarkən vəkildən istifadə etməyiblər.