Hərbçilərin axtarışı zamanı yüzlərlə mina aşkar edildi  - Video
10 May 2021 19:20
1149

Hərbçilərin axtarışı zamanı yüzlərlə mina aşkar edildi - Video

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kəlbəcər rayonunun ucqar dağlarında Vətən Müharibəsi zamanı itkin düşən hərbçilərin axtarışı zamanı yüzlərlə minaların quraşdırıldığı ərazi aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə həmin şəxslər sosial şəbəkədə video paylaşaraq məlumat veriblər.

Murovdağ ətrafında axtarışlar zamanı dağın yamacında yüzlərlə piyada əleyhinə mina tapılıb. Belə ki, qarın əriməsi və dağın yüksəkliyindəki qar topasının uçqun nəticəsində aşağı yığılmasından sonra minalar üzə çıxıb.

Bununla da axtarışların necə çətinliklə və təhlükəli formada həyata keçirildiyi bir daha məlum olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər