Hərbi xidmətə görə rüşvət alan vəzifəli şəxslərin   məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətə görə rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayır

Kriminal

07 Avqust 2026 16:35 202


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin üç vəzifəli şəxsi barəsində rüşvətalma ittihamı üzrə cinayət işi məhkəməyə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev və həmin bölmənin zabiti Taleh İsmayılovun qanunsuz əməlləri ilə bağlı kifayət qədər sübutlar toplanıb. Toyuqlu pizza

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2025–2026-cı illərdə xidməti vəzifələrindən istifadə edərək xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi, ölkədən çıxışa məhdudiyyətin tətbiq edilməməsi, əvvəllər həqiqi hərbi xidmətdən azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pulu təkrarən rüşvət qismində istəyib və alıblar.

Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Məhkəmənin qərarı ilə onların barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!