“Hərbi əməliyyatları dayandırın” – Aİ-dən Türkiyəyə çağırış

“Hərbi əməliyyatları dayandırın” – Aİ-dən Türkiyəyə çağırış
Okt 9, 2019 20:31
Oxunma sayı: 99

Avropa İttifaqı Türkiyəni Suriyanın şimalında başlanılan hərbi əməliyyatları dayandırmağa çağırıb.

"Yeni Sabah" Rusiya KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker Brüsseldə Avropa parlamentinin iclasında bu çağırışla çıxış edib.

“Türkiyə bizim tərəfdaşımızdır. Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları var. Lakin Türkiyə və digər iştirakçıları təmkinli davranmağa və hərbi əməliyyatları dayandırmağa çağırıram”, - deyə Jan-Klod Yunkler bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb.

Yenisabah.az