Krımda hərbi komissarlığın binasına “Molotov kokteyli” atan rus dili və ədəbiyyatı müəllimi həbs edilib.
Yenisabah.az “BAZA” “Telegram” kanalına istinadla xəbər verir ki, dindirilmə zamanı qadın “Telegram” hesabında naməlum kuratordan hərbi komissarlığı yandırmaq əmri aldığını bildirib.
Bundan sonra o, iyulun 29-da axşam saatlarında çantasından “Molotov kokteyli” çıxararaq binaya tərəf atıb. Kokteyl hədəfə çatmasa da, tökülən maddə asfalt və qadının ayaqqabılarını yandırıb. Qadın yerli sakinlər tərəfindən tutulub. Dominos pizza
Telegram kanalımız