Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb:  “4-nə “şiddətli töhmət”, 11-nə...“
21 Yan 2021 16:10
312

Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb: “4-nə “şiddətli töhmət”, 11-nə...“

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Yenisabah.az-ın məlumatına görə, bunu kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev deyib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib:

“1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan  edilib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər