“Hərə bir yastıq qoydurur, sonra da 360 dərəcə fırlanır...“

saytların hazırlanması

Evə çatdırılma

“Hərə bir yastıq qoydurur, sonra da 360 dərəcə fırlanır...“

Şou

21 İyun 2021 18:04 1782


“Bəzi şou-biznes nümayəndələri məndən qorxurlar. Məsələn, bir ay yarım öncə Tolikin verilişində qonaq idim. Təsadüfən qulaq müsafiri oldum. Bir nəfər bilib ki, verilişdəyəm gəlməyib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Lent.az”a açıqlamasında müğənni Afət Fərmanqızı söyləyib. O, söhbətə davam edərək bunları deyib:

“Həmin ifaçı özünü apara bilməyən xanımdır. Aktrisasan, ya müğənnisənsə sənətini göstər. Gəlir fırlanır, poz verir. Sənət adamı oxusa, oynasa, olar. Mən də rəqs edirəm. Burdan üzümü tuturam özünü şou-biznes nümayəndəsi adlandıran xanımlara... Bu nədir hərəniz bir “paduşka” qoydurursunuz, sonra da kamera önündə fırlanırsınız. İzah edin bilək. Sənətdir ya nədir? Hərə bir yastıq qoydurur. Çox bərbad görünürlər. Sonra da 360 dərəcə fırlanır, videonu da səhifəsində paylaşır. Müğənni olur. Qurunun oduna yaş da yanır. Ona görə nə müğənninin qızını alırlar, nə də oğluna qız verirlər. Bizim sənət də belə hörmətsiz olur”.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!