“Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Həyat yoldaşım cavanlıqda yox, indi qısqanır” - VİDEO

Şou

07 Mart 2023 15:40 763


"Qadın istər-istəməz ömür boyu qısqanır. Çox maraqlıdır ki, həyat yoldaşım Sevinc xanım gənclik illərimdə məni qısqanmırdı, yaşlanandan sonra qısqanır".

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl 52 yaşına qədəm qoyan müğənni Nadir Qafarzadə "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Ailəsindən söz açan sənətçi, həyat yoldaşı Sevinc xanımı tərəfindən qısqanıldığını etiraf edib: Dominos pizza

"Etiraf edirəm ki, həyat yoldaşım məni qısqanır. Amma o da bilir ki, əbəs yerə qısqanır. Hara getsəm, yenə də balalarımın yanına gəlirəm. Mən yolu əyri yox hər zaman düz getmişəm. Biz elə düzgün yaşayırıq ki, qadağalar olmasın. İnsan elə yaşamalıdır ki, ona qadağa qoymasın. Qısqanclıq varsa, sevgi də var. Həqiqi sevgidə etibar olmalıdır. Etibar etmirsənsə, demək qısqanmırsan".

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!