“Həyatda qəşəngik, şəkildə pis düşürük” – Mələkxanım Əyyubova

saytların hazırlanması

Evə çatdırılma

“Həyatda qəşəngik, şəkildə pis düşürük” – Mələkxanım Əyyubova

Şou

06 Aprel 2020 12:00 1685


Xalq artisti Mələkxanım Əyyubova ARB TV-də yayımlanan “Söhbət var” verilişinin qonağı olub. 

Yenisabah.az xəbər verir ki, Xalq artisti üzünə botoks etdirdiyini yazanlara cavab verib: "Mən həyatı boyu botoks etdirmərəm. Etdirməyin əleyhinə deyiləm, amma etdirmərəm. Çünki mən mimika ilə danışıram. Muğam ifaçıyam, zil diapazonda muğamlar oxuyuram. Botoksla üzümü keyləşdirsəm, necə oxuya bilərəm axı? Heç cür mümkün deyil. Telefonların günahı var, real həyatda qəşəng görünürük, lakin şəkli paylaşanda bizi bərbad göstərir". 

Qeyd edək ki, 57 yaşlı sənətçinin son zamanlar paylaşdığı fotoların şərhində izləyiciləri ona "estetik əməliyyat etdirmisiniz?" sualını tez-tez ünvanlayır. Həmin görüntüləri təqdim edirik: Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!