Hikmət Hacıyevdən müğənnilərin narazı çıxışlarına  MÜNASİBƏT
15 Avq 2020 12:35
582

Hikmət Hacıyevdən müğənnilərin narazı çıxışlarına MÜNASİBƏT

Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində toylardan məhrum qaldıqları üçün son günlər müğənnilərin narazı paylaşımlar etməsi məsələsinə də toxunub. 

Yenisabah.az xəbər verir ki, H.Hacıyev toyların əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirli olduğunu bildirib:

"Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər