Hindistan Rusiyaya qarşı sanksiyalara qoşula bilər? - Açıqlama

Hindistan Rusiyaya qarşı sanksiyalara qoşula bilər? - Açıqlama

Dünya Veb saytların hazırlanması

08 Dekabr 2023 01:43 752


“Avropa liderləri bizə tez-tez deyirlər ki, Rusiyaya qarşı sanksiyalara qoşulun, Rusiya ilə ticarəti azaldın, çünki bu bizim Rusiyaya qarşı sanksiyalarımızın təsirini azaldır”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Hindistanın XiN rəhbəri Subramanian Cayşankar “Rossiya Zovet!” forumunda çıxışı zamanı deyib.

“Biz isə sual veririk, bizim problemlərimiz olarkən bu sizi narahat edirmi? O zaman sizin problemləriniz niyə bizi narahat etməlidir ki? Avropanın problemləri dünyanın problemləridir anlayışı geridə qalıb. Hindistan milli maraqları çərçivəsində dost Rusiya ilə münasibətləri davam etdirəcək. Çünki Hindistan öz xarici siyasətini yalnız özü müəyyən edir”, – deyə hindistanlı rəsmi söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!