Hindistanda hindularla müsəlmanlar arasında yenidən toqquşmalar baş verib.
Yenisabah.az yerli “Mint” nəşrinə istinadla xəbər verir ki, Hindistan hakimiyyəti etnik zorakılıqdan qorxaraq interneti bağlayıb və minlərlə təhlükəsizlik qüvvəsi və əsgəri Haryana əyalətinin şimalına göndərib.
Bildirilir ki, hindu millətçi qruplarının yürüşü zamanı baş verən dini toqquşmalar nəticəsində 5 nəfər həlak olub, onlarla insan yaralanıb. Hadisə Haryana ştatının müsəlmanların çoxluq təşkil etdiyi Nuh rayonunda sağçı hindu qruplarının dini yürüş keçirməsindən sonra baş verib. pizza hut
Telegram kanalımız