YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Hindistandan alınan silah:  “Ermənistan  geri qaytarıb pulunu almaq istəsə də...”

Hindistandan alınan silah: “Ermənistan geri qaytarıb pulunu almaq istəsə də...”

Siyasət

29 Sentyabr 2022 13:48 57751


“Hindistan, ümumiyyətlə, Ermənistana ən yaxın bir neçə dövlətdən biridir. O hər zaman Azərbaycanla qarşıdurmada Ermənistanı dəstəkləyib. Digər tərəfdən, silah, əslində, hərbi dəstək anlamında verilmir, satılır. Əsas məsələ budur ki, Hindistanın Ermənistana verəcəyi 250 milyon dəyərində silahın elə də bir effektivliyi olmayacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

O, Hindistanın yaxın aylarda Ermənistana tədarük etməyə planlaşdırdığı 250 milyon dəyərində olan silah-sursat satışını şərh edib: 

“250 milyon dollar böyük bir rəqəm deyil. Digər tərəfdən, həmin silahın keyfiyyəti ciddi şəkildə şübhə altındadır. İkinci Qarabağ savaşında da Ermənistan Hindistandan silahlar almışdı və səhv etmirəmsə, bunlar zenit-raket kompleksləri idi. Bu raket kompleksləri isə qüsurlu çıxmışdı, hətta Ermənistan həmin silahları Hindistana geri qaytarıb pulunu almaq istəsə də, Hindistan bununla razılaşmamış, “satılan mal geri qaytarılmır” prinsipi ilə geri götürməmişdi”.

E. Xalidbəyli əlavə edir ki, dünyadakı silah bazarında Hindistanın elə çəkisi və yeri yoxdur:

“Ermənistan bəlkə də bu silahların ilk alıcılarından olmalıdır. Hindistan silahına dünya bazarında tələbat yoxdur, çünki keyfiyyətli silahlar sayılmır. Bu baxımdan, Ermənistanın alacağı silahlar ordusunun gücləndirməyəcək. Ermənistana, ümumiyyətlə, başqa ölkələr silah satmaq istəmirlər. Paşinyan son açıqlamasında belə deyib ki, 100 milyon dollar məbləğində silahın pulunu köçürdük, amma silahı göndərmədilər, müqaviləni pozdular. O, Rusiyaya eyham vurub, amma Rusiyanın özünü Ukrayna müharibəsinə görə silaha ehtiyacı var”.

Siyasi şərhçi düşünür ki, burada Ermənistanın belə bir hərbi üstünlük, yaxud irəliləyiş əldə etməsi qətiyyən mümkün deyil:

“Çünki Azərbaycan ordusunun silahlanması ilə Ermənistan ordusunun silahlanması arasında, ümumiyyətlə, müqayisə aparmağın özü absurddur. Paşinyanın son açıqlamasında önəmli bir məqam var: “Ermənistan nə vaxt ordusunu islah etməyə çalışırsa, Azərbaycan buna əngəl törədir”. Yəni Ermənistan ordunu yenidən qura, bərpa edə bilmir. Bu baxımdan, Ermənistanın bundan sonra edə biləcəyi yeganə iş Azərbaycanla masanın arxasına oturması, qarşısına qoyulan sülh sazişinin mətninə imza atmaqdır. Ermənistanın gələcəyinin xilası yalnız bundadır. Levon Ter-Petrsoyanın dediyi kimi, əgər sül sazişi imzalanmazsa, 6 aydan sonra Ermənistan dövləti mövcud olmaya bilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!