Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan "Məkkə Müdafiə Sazişi" Hindistanda ciddi narazılıq və reaksiyaya səbəb olub. Hindistan ictimaiyyəti və sosial şəbəkə istifadəçiləri tərəfindən Türkiyəyə qarşı turizm boykotu çağırışları edilir.
“Yeni Sabah” xəbər verir ki, imtina çağırışlarının ardından Hindistandan Türkiyəyə planlaşdırılan səfər və turizm rezerverlərinin kütləvi şəkildə ləğv edildiyi bildirilir. Nyu-Dehlidəki analitiklər və Hindistan mətbuatı Pakistanla hərbi-strateji ittifaqa girən ölkələrin boykot edilməsini tələb edir.
Avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanın iştirakı ilə imzalanan saziş tərəflərdən birinə edilən hücumu bütün üzvlərə qarşı hücum kimi qiymətləndirən kollektiv müdafiə mexanizmini nəzərdə tutur. pizza hut
Türkiyə tərəfi müqavilənin heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini və yalnız regional sabitliyə xidmət etdiyini bəyan etsə də, Hindistanda bu addım Pakistanın hərbi mövqeyinin güclənməsi kimi qiymətləndirilib və turizm sektoruna birbaşa təsir göstərməyə başlayıb.
Nazim Hacıyev
Telegram kanalımız