“Hökumətin “dəfələrlə artıb” sevdası qıcıq doğurur“

saytların hazırlanması

Evə çatdırılma

“Hökumətin “dəfələrlə artıb” sevdası qıcıq doğurur“

Siyasət

31 Yanvar 2019 19:01 1072


“Azərbaycanda açılan işyerləri ilə bağlı məlumatlar deyilir, amma qapadılan iş yerləri ilə bağlı məlumat yoxdur. Minimum əmək haqqının 5 dəfədən çox artdığı deyilir, amma bu illər ərzində inflyasiya nəzərə alınmır”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında qeyd edib. O, bu istiqamətdə bir neçə nümunə gətirib:

“Hələ orta əsrlərdən belə hekayələr dolaşır ki, gəmi qəzaları zamanı delfinlər insanları xilas edib sahilə gətirirlərmiş, hardasa 19-cu əsrdən sonra bu hadisələr faktlaşdırılıb, həttə bəzi mənbəələrdə son 150 ildə delfinlər tərəfindən 1500-ə yaxın insanın xilas edildiyi deyilir. Yəni, bu say delfinlər tərəfindən sahilə tərəf gətirilən insanların sayıdır. Amma delfinlər tərəfindən dəniz və okeanların dərinliyinə tərəf aparılan insanların sayı, təbii ki, bilinmir, belə bir statistika yoxdur, ola da bilməz. Marqarita pizza

Azərbaycanda rəsmi statistika məhz buna bənzəyir. Tikilən, təmir edilən məntəblər haqqında bəh-bəhlə danışılır, amma təhsilin səviyyəsinin, Ali Məktəblərə keçid balının aşağı düşdüyündən danışılmır. Yeni xəstəxanalar, diaqnostik mərkəzlərin tikintisi, təmiri təbliğ olunur, amma müalicə və düzgün diaqnostika üçün vətəndaşlarımızın İrana-Turana getməyə məcbur qaldığı yada düşmür”.

Natiq Cəfərli bildirib ki, “dəfələrlə artıb” demək kifayət deyil:

“Prezident, məmurlar minimum əmək haqqının, təqaüdlərin son illərdə dəfələrlə artdığı deyirlər, amma bu illər ərzində manatın alıcılıq qabiliyyətinin 3 dəfədən çox azaldığı, inflyasiyanın o artımı çoxdan yeyib-bitirdiyi yada düşmür. Elə bilirlər ki, “dəfələrlə artıb” demək yetərlidir. Ona qalsa, 2018-ci ilin avqust ayında Maduro Venesuelada minimum əmək haqqını bir fərmanla 60 dəfə artırdı, gərək onda bütün dünya Maduroya qiptə edərdi, amma səbəbini hamı bilir: Venesuelada 3 rəqəmli inflyasiyadır, malların üzərinə yazılan qiymətlər gün ərzində belə 2-3 dəfə dəyişir, piştaxtalar boş, əhali kasıbdır. 

Qısası, bizim hökumətin “dəfələrlə artıb” sevdası elmi və inandırıcı deyil, hətta qıcıq doğurur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!