Hörmüz boğazında daha bir tanker vurulub

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazında daha bir tanker vurulub

Dünya

04 Oktyabr 2026 13:14 84


Hörmüz boğazında tanker mərmi ilə vurulub.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Hücum nəticəsində tankerin mühərrik bölməsinə ziyan dəyib. Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir. Sezar pizza

Mərminin kim tərəfindən və nə zaman atıldığı hələlik məlum deyil.

Hörmüz boğazında gəmi hərəkəti müharibədən əvvəlki səviyyədən aşağı olaraq qalır. ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerlərin boğazdan keçidini müşayiət etməsi Körfəz ölkələrinin neft ixracını əvvəlki səviyyəyə yaxınlaşdırmasına imkan verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!