Hörmüz boğazından keçən "MV Cape Dao" quru yük gəmisinə iki torpedo dəyib, bir Hindistan vətəndaşı ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Antiqua və Barbuda bayrağı altında üzən gəmi BƏƏ-nin Mina-Səqr limanından Hindistana doğru hərəkət edirdi. Yük gəmisi Oman yaxınlığından Hörmüz boğazı ilə keçirdi. Dördpendirli pizza
Torpedolar quru yük gəmisinin sol bortuna dəyərək yaşayış bölməsinə və mühərrik şöbəsinin bir hissəsinə ziyan vurub. Gəmidə 28 nəfər olub, onlardan 20-si Hindistan vətəndaşıdır. Ekipajın digər üzvləri təxliyə ediliblər.
Torpedoların kim tərəfindən buraxıldığı barədə məlumat verilmir./Oxu.az
Telegram kanalımız