Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, gəmilər aşkar edilməmək məqsədilə boğazı AIS avtomatik identifikasiya sisteminin transponderləri söndürülmüş vəziyyətdə keçiblər. Sezar pizza
Söhbət "Al Ruwais", "Mersin Prosperity" və "Sinbad" adlı tankerlərdən gedir. Hücumun kim tərəfindən endirildiyi, xəsarət alanlar və ziyanın miqyası haqqında heç bir məlumat yoxdur.
"Kpler" analitik şirkətinin məlumatlarına əsasən, neft məhsullarının daşınması üçün nəzərdə tutulan "Al Ruwais" tankeri sentyabrın sonlarında Omanın Sohar limanı yaxınlığında dizel yanacağını digər bir gəmiyə yükləyib.
"Mersin Prosperity" supertankeri isə sentyabrın ortalarında eyni ərazidə başqa bir gəmiyə 2 milyon barel İraqın "Basrah" markalı neftini ötürüb.
Aframax sinfinə aid "Sinbad" tankeri sentyabr ayının əvvəlində Cübeyl sənaye limanında (Səudiyyə Ərəbistanı) neft məhsulları ilə yüklənib./Oxu.az
Telegram kanalımız