Hulusi Akar: “Türkiyə, Rusiya və Suriya liderləri görüşə bilər”

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Akar: “Türkiyə, Rusiya və Suriya liderləri görüşə bilər”

Dünya

30 Dekabr 2022 14:36 826


“Türkiyə, Rusiya və Suriya liderləri görüşə bilər”.

Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar NTV-yə deyib.

O bildirib ki, lazımi şərait yaradılarsa, belə bir görüş mümkündür: “Əvvəlvə kəşfiyyat orqanlarımız arasında bəzi müzakirələr oldu. Sonra biz nazirlər olarq görüşdük. Moskvadakı görüşdə həm Rusiya, həm də Suriya tərəfinə narahatlıqlarımızı çatdırdıq. Mənfi münasibət olmadı”. pizza sifarişi

H.Akar bildirib ki, Moskvada baş tutan görüşdə Türkiyənin yeganə məqsədinin terrorla mübarizə olduğu tərəflərin diqqətinə çatdırılıb: “Bizim hansısa etnik, dini qrupla problemimiz yoxdur”.

Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub. Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!