“Muhteşem Yüzyıl” serialında Hürrem Sultan obrazını canlandıran aktrisa Meryem Üzerli oteldə qarşılaşdığı pərəstişkarına etdiyi sürprizlə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, 2011-2014-cü illərdə yayımlanan serial Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdə də yayımlanaraq böyük izləyici kütləsi qazanıb. Osmanlı dövlətinin 10-cu hökmdarı Qanuni Sultan Süleymanın dövründən bəhs edən serialda rol alan aktyorlar beynəlxalq səviyyədə də tanınıb.
Serialda Hürrem Sultan obrazını canlandıran Meryem Üzerli isə bu dəfə yaşadığı maraqlı hadisə ilə ekran işini yenidən gündəmə gətirib. Aktrisa qaldığı Çırağan Sarayında maraqlı anlar yaşayıb. Pepperoni pizza
Üzerli qonşu otaqda qalan bir şəxsin “Muhteşem Yüzyıl” serialına baxdığını eşidib. O, həmin anları telefonunun kamerası ilə çəkməyə başlayıb. Daha sonra serialın pərəstişkarına sürpriz etmək qərarına gələn aktrisa onun otağının qapısına gedərək zəngi basıb.
Qısa müddət sonra qapını açan qadın qarşısında serialdakı Hürrem Sultanı görüb. Aktrisanı qarşısında görən qadının böyük təəccüb yaşadığı anlar telefon kamerasına əks olunub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız