Husilər raket istehsalında süni intellektdən istifadə edir?

saytların hazırlanması

Evə çatdırılma

Husilər raket istehsalında süni intellektdən istifadə edir?

Dünya

12 Sentyabr 2026 20:34 86


Yəməndəki husilərin ballistik raket texnologiyalarını inkişaf etdirmək üçün "Claude" süni intellektindən istifadə etdiklərinə dair iddialar ortaya çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sözügedən iddialara əsasən, husilərin raketin hazırlanması prosesinin müxtəlif mərhələlərində süni intellektdən istifadə edildiyi bildirilir. Sezar pizza

İddialara görə, raket sistemlərinin idarəetmə mexanizmlərinin kodlaşdırılması, avtopilot proqram təminatının quraşdırılması və uçuş simulyasiyalarının aparılması kimi kritik proseslərdə mühəndislərin əvəzinə "Claude" süni intellektindən istifadə edilib. Hətta süni intellektin proqram təminatının kompilyasiyası mərhələsində də fəal rol oynadığı vurğulanır.

Məsələ ilə bağlı açıqlama verən "Claude" husilərin belə bir addım atdığını təsdiqləyib:

“Onlar raket hazırlamaq üçün "Claude" süni intellektindən istifadə etdilər. "Claude" raketin idarəetmə sistemi üçün kod yazdı, avtopilotu tənzimlədi, uçuşu simulyasiya etdi və proqram təminatını tərtib etdi. Raket sınaqdan keçirildi, lakin qəzaya uğradı. Bir neçə saat sonra hərbi heyət nəyin səhv getdiyini anlamaq üçün yenidən süni intellektə müraciət etdi”.

Qeyd edək ki, bir neçə gündür husilərlə Yəmən hökuməti arasında şiddətli toqquşmalar davam edir. Husilər bununla yanaşı hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanına da zərbələr endirir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!