Hüsniyyə Amerikada həyatından yazdı: Artıq darıxırıq

saytların hazırlanması

Evə çatdırılma

Hüsniyyə Amerikada həyatından yazdı: Artıq darıxırıq

Şou

24 May 2024 10:53 883


"Forbes" siyahısına düşəndən sonra verdiyim müsahibələrdə dramatik səslə söyləyəcəm: "Məni bu zirvəyə gətirən yol Amerikanın ən kriminal məhləsindən, taksilərin girməyə qorxduğu "Southeast Washington DC"-dən keçib. Gecələrimi güllə izləri olan, bağlanmayan qapı arxasında, polis maşınının mavi və qırmızı işıqları altında keçirdim. Səhərlərimi üst qonşunun, Mama Afrikanın ona verdiyi güc və harizma ilə "Get out of my house" sədaları ilə açdım. Bunu sizin üçün elədim, mənim əziz instaqram izləyicilərim!"

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkə hesabında yazıb. 

Amerikaya köçən aparıcı xaricdəki həyatından danışıb: pizza sifarişi

"Amma zarafatsız, mən hələ Amerikada bu qədər mehriban, şən, ünsiyyətçil, rahat, 130 kiloqram çəki ilə özgüvəninə yerləşməyən, deyib-gülən, əlvan, rəngli, maraqlı, hərəkətli yer görməmişdim. Bu gün ordan köçdük və artıq darıxırıq".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!