“Hyundai”dan 335 milyon dollarlıq nəhəng addım – Robotlar zavodlara gəlir

saytların hazırlanması

Evə çatdırılma

“Hyundai”dan 335 milyon dollarlıq nəhəng addım – Robotlar zavodlara gəlir

Rəqəmsal

19 İyul 2026 11:52 113


Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai" Yaponiyanın "SoftBank" şirkətinə məxsus səhmləri də alaraq robot texnologiyaları şirkəti "Boston Dynamics"in tam sahibi olacağını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, sövdələşmə nəticəsində "Hyundai" şirkətin bütün səhmlərinə nəzarəti ələ keçirəcək. Yerli KİV-in məlumatına görə, razılaşmanın dəyərinin təxminən 335 milyon dollar olduğu bildirilir.

Şirkət əldə etdiyi robot texnologiyalarını istehsal proseslərinə daha geniş şəkildə inteqrasiya etməyi planlaşdırır. Dördpendirli pizza

Bu çərçivədə "Boston Dynamics" tərəfindən hazırlanan humanoid robot "Atlas"ın 2028-ci ildən etibarən "Hyundai"nın ABŞ-nin Corciya ştatındakı zavodunda ehtiyat hissələrinin çeşidlənməsində istifadə olunacağı açıqlanıb.

Şirkət 2030-cu ilə qədər robotların komponentlərin yığılması da daxil olmaqla daha geniş istehsal proseslərində çalışmasını hədəfləyir.

Bu satınalma "Hyundai"nın Cənubi Koreyadakı həmkarlar ittifaqı ilə maaş danışıqları apardığı və tətil təhlükəsinin gündəmdə olduğu vaxta təsadüf edib.

Həmkarlar ittifaqı istehsalatda robot və süni intellektdən istifadənin artmasının iş yerlərini təhlükə altına saldığını bildirir. Onların sözlərinə görə, yeni işçilər işə götürülməzsə, təqaüdə çıxmalar səbəbindən ittifaq üzvlərinin sayı 2032-ci ilə qədər 40 faiz azala bilər.

Analitiklər hesab edirlər ki, sövdələşmədən sonra "Boston Dynamics"in bazar dəyəri təxminən 3,3 milyard dollara çatıb. Bununla belə, bu xəbər fond bazarında gözlənilən müsbət təsiri göstərməyib. Açıqlamanın verildiyi gün "Hyundai Motor"un səhmləri 2,1 faiz ucuzlaşıb.

 Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!