I və IV qrupların imtahan vaxtı dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

I və IV qrupların imtahan vaxtı dəyişdi

Sosial

14 İyul 2022 16:06 739


Dövlət İmtahan Mərkəzi tərəfindən 20 və 21 iyul tarixlərində keçirilməsi nəzərdə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları qeydiyyatdan keçmiş abituriyentlərin sayı nəzərə alınaraq yalnız bir gündə - iyulun 21-də təşkil olunacaq. 

DİM-dən Yenisabah.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Dördpendirli pizza

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!