İbrahim Borçalı qızını gəlin köçürür: Hər kəsin maraqlandığı detal üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Borçalı qızını gəlin köçürür: Hər kəsin maraqlandığı detal üzə çıxdı

Şou

12 Oktyabr 2026 20:32 125


Müğənni İbrahim Borçalı qızının toy hazırlıqları ilə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi Aysunun ailə qurmağa hazırlaşdığını və elçilik mərasiminin artıq baş tutduğunu bildirib.

İbrahim Borçalının sözlərinə görə, qızının “həri” mərasimi yay aylarında Gürcüstanda, ailələrinin yaşadığı evin həyətində keçirilib. Toy və nişan mərasiminin vaxtı isə ailədəki yas səbəbindən hələ dəqiqləşməyib. Pepperoni pizza

Müğənni bildirib ki, qızının evlənəcəyi şəxs onun dostunun oğludur və gənclər bir-birini sevərək ailə qurmağa qərar veriblər.

“Qızımın “həri”si yayda Gürcüstanda olub. Öz həyətimizdə məclis etdik. Nişan olacaq. Bizim qohumun qızı rəhmətə gedib, ilin çıxmağını gözləyirik. Oğlan Gürcüstandandır, dostumun oğludur. Hamının qızının bəxti gözəl olsun. Gənclər özləri bir-birini seçib, seviblər”, – deyə İbrahim Borçalı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!