İbrahim Tatlısesə 2011-ci ildə təşkil edilən silahlı hücumla bağlı həbsdə olan Abdullah Uçmak yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün xüsusi icazə ilə həbsxanadan çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, Uçmak Adananın Kozan rayonunda vəfat edən qaynı Bilal Bayrakçının dəfn mərasiminə qatılıb. Onun dəfn mərasimində iştirakı zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Polis əməkdaşları Uçmakın ətrafında təhlükəsizlik çərçivəsi yaradıb. Uçmak cənazə namazında iştirak edib və dəfn mərasimindən sonra yenidən saxlanıldığı həbsxanaya aparılıb.
Hadisə 14 mart 2011-ci ildə baş vermişdi. İbrahim Tatlıses “İbo Show” proqramının çəkilişindən sonra İstanbulun Maslak rayonunda silahlı hücuma məruz qalmışdı. Uzun lüləli silahlarla həyata keçirilən hücum zamanı müğənni başından ağır yaralanmışdı. Həmin vaxt Tatlısesin yanında olan köməkçisi Buket Çakıcı da yaralanmış, avtomobilin sürücüsü Hakan Çalışkan isə xəsarət almamışdı. Araşdırma və məhkəmə prosesi nəticəsində Abdullah Uçmak hücumun təşkilatçısı olduğu müəyyən edilərək həbs cəzasına məhkum edilmişdi. pizza
Qeyd edək ki, Uçmak 2026-cı ilin yanvarında da xüsusi icazə ilə həbsxanadan çıxaraq Osmaniyənin Kadirli rayonunda yaxınlarından birinin dəfn mərasimində iştirak edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız