İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs cəzalandırıldı

Kriminal

26 Aprel 2025 18:26 397


İcarəyə götürdüyü "Mercedes-Benz"i hissələrə bölərək satan şəxs həbs edilib. O, daha əvvəl də məhkəmə qərarını icra etmədiyinə görə həbs edilibmiş.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, 35 yaşlı Xəlil "Mercedes Vito" markalı avtomobili aylıq 1500 manata icarəyə götürüb.

Bir müddət sonra icarə haqqını ödəməyib. Bu azmış kimi, Ramil Rüstəmova məxsus avtomobili hissələrə bölərək satıb. Bununla da avtomobilin sahibi olan Ramil Rüstəmova 25 min manat ziyan dəyib. pizza sifarişi

Əməlindən peşman olduğunu deyən Xəlil zərəri ödəməyib. Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!