İcra başçısı Bakıxanovun büstünü ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Bakıxanovun büstünü ziyarət etdi - Fotolar

Sosial

22 İyun 2024 12:50 414


Azərbaycan şairi, yazıçısı, görkəmli alim Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 230 illik yubileyi münasibətilə doğulduğu Əmircan qəsəbəsində büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. 

Yenisabah.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar şurasının sədri və müavini, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri,  rayon ziyalıları, ağsaqqallar və digər qonaqlar iştirak ediblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!