İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi

Siyasət

06 Avqust 2025 16:44 2707


Bakının Xəzər Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb.

Belə ki, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azadov Mehman Eldar oğlu vəzifəsindən azad edilib. O, Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub. Eyni  Marqarita pizza

Eyni zamanda həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Sadıqov Elçin Fazil oğlu təyinat alıb. E.Sadıqov bu vəzifədə bir neçə gün əvvəl sektor müdiri - baş mühasib vəzifəsinə təyin olunan İlhamə Kərimovanı əvəzləyib.

Bundan əlavə, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Qasımov Ələmdar Bəhmən oğlu vəzifəsindən azad olunub. Bu vəzifəyə Ağabəyov Nəsiman Fikrət oğlu təyin olunub. N.Ağabəyov bundan əvvəl Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Beləliklə, icra başçısının yeni kadr siyasətində bir nəfər (Ə.Qasımov) RİH-dən çıxarılıb, daha bir nəfər işçi isə (E.Sadıqov) RİH-də işə götürülüb. Adları çəkilən digər şəxslərin isə RİH daxilində vəzifələri dəyişdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!