İcra başçısı jurnalisti məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı jurnalisti məhkəməyə verdi

Kriminal

15 Mart 2021 18:02 1241


Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barədə məhkəməyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə C.Məmmədli məlumat verib.

O bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanatma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib. Dominos pizza

İş hakim Anar Sadıqovun icraatına verilib.

Şikayətə səbəb icra başçısının barəsində yazılan məqalələr olub. (Report)

Qeyd edək ki, bu əmələ görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!