İcra başçısı özünə 2 yeni müavin təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı özünə 2 yeni müavin təyin etdi

Maraqlı

13 Fevral 2021 12:40 848


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov özünə 2 yeni müavin təyin edib.

Yenisabah.az xəbər verir ki, müvafiq sərəncamlarla Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin  müdiri vəzifəsinə, Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Məhərrəmov Kamran Məhərrəm oğlu bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, Tağıyev Adil Arif oğlu isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb. pizza

Hər iki müavin bu gün kollektivə təqdim edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!