İcra başçısı plastik əməliyyat etdirdi - 80 kq arıqladı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı plastik əməliyyat etdirdi - 80 kq arıqladı

Maraqlı

03 Aprel 2023 14:54 2548


Xızı rayonunun icra başçısı Xəzər Aslanov plastik əməliyyat keçirib.

Yenisabah.az Medicina-a istinadla xəbər verir ki, bu günlərdə Bakıda yas mərasiminə qatılan məmur yeni görkəmi ilə hamını şoka salıb. Plastik əməliyyatdan sonra icra başçısının 80 kq çəki atdığı deyilir. İcra başçısını yeni görkəmində görənlər tanımayıb.

Xəzər Aslanovun əməliyyatı Almaniyada etdirdiyi bildirilir. pizza hut

Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. 1994–2002-ci illərdə Daxili İşlər Nazirliyində əməliyyatçı, 2005–2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006–2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətnin başçısı vəzifəsinə təyin edilib.

Xəzər Aslanov sovet dövründə Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi işləmiş publisist Qəşəm Aslanovun oğludur.

Qeyd edək ki, Xəzər Aslanovun bir müddət əvvəl şəhid ataları ilə kobud davranışı müzakirələrə səbəb olmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!