İcra başçısı Qarabağ qazisini evində ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Qarabağ qazisini evində ziyarət etdi - Fotolar

Sosial

15 Mart 2021 14:11 644


Suraxanı rayonunda yaşayan Vətən Müharibəsinin qaziləri daim diqqət mərkəzindədir.

Yenisabah.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri və RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vətən müharibəsində yaralanmış hərbiçimiz, Bülbülə qəsəbə sakini Sadıxov Cavanşir Faiq  oğlunu ziyarət edərək onun səhhəti və problemləri ilə maraqlanıb, ailəsinə ərzaq yardımı göstəriblər.

Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən döyüşlərdə əldə etdiyi möhtəşəm Qələbə ilə Azərbaycanın bütün dünyaya yenilməz gücünü nümayiş etdirdiyini bildirən Əziz Əzizov  bu qələbənin qazanılmasında böyük əzm göstərərək Şəhid olan və yaralanan hərbiçilərimizin hər birimiz üçün doğma və əziz olduğunu qeyd edib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!