İcra başçısı reklam və aqlay biznesinə başlayıb:   Sahibkarlar şikayət edir

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı reklam və aqlay biznesinə başlayıb: Sahibkarlar şikayət edir

Xalqın səsi

17 Mart 2025 15:56 12509


Zaman-zaman rayon-şəhər icra hakimiyyəti orqanları başçılarının qanunsuzluqlarına və digər korrupsioner əməllərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülsə də bu, Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev üçün əhəmiyyət daşımır.

Belə ki, rayonun Sulutəpə qəsəbəsində yaşayan və işləyən bir qrup sahibkar Gununsesi.info-ya müraciətində icra başçısının onların başına açdığı oyundan danışıb.

Qəsəbənin Xocalı prospektində onlara məxsus mağazalar və digər ictimai iaşə obyektlərinin olduğunu vurğulayan sahibkarlar deyir ki, icra başçısı obyektlərin qarşısındakı reklam lövhələrinin və fasad üzlüklərinin dəyişdirilməsini tələb edir:  Sezar pizza

“Halbuki, həm reklamlar, həm də üzlüklər vizual olaraq yaxşıdır. Bir neçə zamandır ki, icra başçısının adından gəlib deyirlər ki, fasad üzlükləri və reklamları dəyişdirin. Bütün mağazalar demək olar ki, öz fasadlarını keyfiyyətli keromoqranitlə , yaxud da aqlay üzlüklə üzləyib. Hərəyə bir söz deyirlər. 

Bildirirlər ki, bunu sökün, biz sizə firma deyəcəyik, oradan alın. Eyni sözləri də reklamlarla bağlı deyirlər. Prinsipcə buna razılaşanlar olur. Amma icra hakimiyyətinin işçiləri deyir ki, reklamları bir kv üçün bizim dediyim firmaya 90 manat ödəyin. Fasadların rənglənməsi üçün isə 1 kv metrə görə 15 manat istəyirlər. Bunları özümüz onlar deyən qiymətdən 2-3 dəfə aşağı edə bilərik. Amma tələb qoyulur ki, biz deyən firmalarla etməlisiniz.

Kasıb adamlarıq, ailələrimizi çətinliklə saxlayırıq. Mediadan xahiş edirik ki, bu problemi ictimailəşdirəsəniz, bəlkə, Elxan Allahverdiyə “dur” deyən tapılsın”.

Məsələ ilə bağlı icra başçısının rəsmi (012) 5622120 və icra hakimiyyətinin (0125628588) nömrələrinə zəng etsək də telefonların dəstəyini qaldıran olmadı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ismayil
    Bizim 16 kv qarajimizi sokduler dediler kompensasiya verilecek yada basqa yerde tikilecek size yer ayrilacaq. Hecne vermediler Xaleddin sokdurdu hamsini. Indi ki bascida qebula getdik yer verecem berpa edecem dedi ama hecne etmediler ancaq get gel get gel.
    1 year ago
  • Ismayil
    Bizim 16 kv qarajimizi sokduler dediler kompensasiya verilecek yada basqa yerde tikilecek size yer ayrilacaq. Hecne vermediler Xaleddin sokdurdu hamsini. Indi ki bascida qebula getdik yer verecem berpa edecem dedi ama hecne etmediler ancaq get gel get gel.
    1 year ago
  • Rahid
    Xalqa terror edənlərə göz yumurlar, amma bunları biri Elmar Vəliyevin gününə salanda adını terrorçu qoyurlar
    1 year ago
  • RAHİM
    ELXAN DEMƏK İSTƏYİRKİ AZƏRBAYCANDA DƏRƏBƏYLİK HÖKM SÜRÜR. PREZİDENTİN GÖSTƏRİŞLƏRİNƏ ƏMƏL EDƏN YOXDUR.
    1 year ago