“Alman Apteki”ndən şikayət

saytların hazırlanması

Evə çatdırılma

“Alman Apteki”ndən şikayət

Xalqın səsi

04 Noyabr 2026 09:59 57


"Müştəriyəm, şikayətim var" qrupunda "Alman Apteki"nin fəaliyyəti ilə bağlı növbəti istehlakçı narazılığı gündəmə gəlib. Nuray Vahabova adlı sosial şəbəkə istifadəçisi həmin aptek şəbəkəsində ƏDV-nin qaytarılması mexanizmindən istifadə edə bilmədiyini və ciddi qiymət fərqi ilə qarşılaşdığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, əvvəllər adıçəkilən aptekdən alınan dərmanlara görə kassa çekləri üzrə ƏDV məbləği qaytarıldığı halda, son zamanlar tətbiqdə çekin pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun gəlmədiyi barədə xəbərdarlıq çıxır. Vətəndaş iddia edir ki, obyekt rəhbərliyi müştəri xüsusi olaraq tələb etmədikdə kassa çekini təqdim etməkdən boyun qaçırır və bununla da vergidən yayınmağa cəhd göstərir.

Müştəri, eyni zamanda aptekdəki dərmanların qiymət siyasətini də kəskin tənqid edib. O, xaricdə cəmi 10 avro dəyərində olan dərman vasitələrinin adıçəkilən aptekdə 200 manata satıldığını diqqətə çatdırıb. Sosial şəbəkə istifadəçiləri aidiyyəti dövlət qurumlarını apteklərdə kassa aparatlarının düzgün tətbiqinə və qiymət tənzimlənməsinə nəzarəti gücləndirməyə çağırıblar. Dördpendirli pizza

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!