İcra başçısı Sarayda sakinlərlə görüşdü 

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Sarayda sakinlərlə görüşdü 

Sosial

14 Yanvar 2021 16:17 1022


Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədi ilə əraziyə baxış keçirib. 

İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır, küçələr asfaltlanır. Hazırda Sarayın 7 küçəsində - Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi  küçələrində asfaltlanma işləri həyata keçirilir. 

Ümumi uzunluğu 4 km təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə  asfalt örtüyü çəkiləcək. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Bundan əlavə Saray Bələdiyyəsi tərəfindən qəsəbədaxili küçələrə çınqıl daşlar tökülərək yayılıb, sakinlərin rahat gediş-gəlişi təmin edilib.  Toyuqlu pizza

Sonra qəsəbə sakinləri ilə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Qəsəbədə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!