Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Rzayev Ramil Elçin oğlunun ailəsini ziyarət edib.
Yenisabah.az xəbər evrir ki, icra başçısı Prezident İlham Əliyev tərəfindən ölümündən sonra 3 dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhidin orden və medalını onun anası Lena xanıma təqdim edib.
Əziz Əzizov şəhid ailəsinin qayğıları ilə maraqlanıb və Azərbaycan dövlətinin bu kateqoriyaya daxil olan insanların ailə üzvlərini həmişə diqqətdə saxladığını vurğulayıb. pizza
Telegram kanalımız