Vətən müharibəsinin şəhidi Orucov Elmir Elyar oğlunun adını daşıyan qardaşı Elmirin kiçik toy məclisi keçirilib. Kiçik toy məclisində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, şəhidimizin adını daşıyan Elmirin həmçinin, bu gün 1 yaşı tamam olur.
Mərasimdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqəti və hörmətli Mehriban xanım Əliyevanın qayğısı ilə bu gün şəhid ailələrinin bütün sosial-məişət problemlərinin öz həllini tapdığını xüsusi qeyd edib. O, balaca Elmiri #təbrik edərək gələcək həyatında uğurlar arzulayıb, eləcə də onun şəhid qardaşı kimi igid, mərd, qorxmaz böyüyəcəyinə və vətənin keşiyində duracağına əmin olduğunu bildirib. Dominos pizza
Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Telegram kanalımız