İcra başçısı şəhid atasının dəfninə qatıldı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhid atasının dəfninə qatıldı - FOTOLAR

Sosial

05 Noyabr 2024 16:15 500


Bu gün Beyləqan rayon rəhbəri şəhid atasının dəfn mərasimində iştirak edib.

Yenisabah.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Dünyamalılar kəndindən şəhid İlqar Həsənovun atası Nadir Həsənovun dəfn mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş İlqar Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar oktyabrın 27-də yaralanıb və hospitala yerləşdirilib. Lakin bir gün sonra öz istəyi ilə yenidən döyüşlərə qatılıb. Laçının Güləbird və Səfiyan kəndlərinin də azad edilməsində qəhrəmanlıq göstərib. Sonuncu dəfə noyabrın 1-də ailəsi ilə əlaqə saxlayıb və qələbənin çox yaxında olduğunu deyib. Noyabr ayının 8-də isə Şuşa uğrunda gedən döyüşlər zamanı İlqar qəhrəmancasına şəhid olub. pizza sifarişi

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!