İcra başçısı şəhidin ad günündə ailəsini tək qoymadı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin ad günündə ailəsini tək qoymadı - Fotolar

Sosial

29 Yanvar 2021 12:51 902


Vətən uğrunda haqq savaşının qəhrəmanı, gəncliyini, ömrünü vətənə fəda edən şəhid Orucov Coşqun Oruc oğlunun doğum günüdür. 

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və Aparatın əməkdaşları şəhidin doğum günündə onun ruhunu ehtiramla yad edərək doğmalarını ziyərət edib, ailəyə yardımı göstəriblər.

Vətənimizin müdafiəsi uğrunda savaşmağın və şəhidlik zirvəsinə ucalmaq məqamının ən böyük şərəf və qürur olduğunu söyləyən RİH başçısı Əziz Əzizov bu qələbədə mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən şəhidlərimizin, o cümlədən Coşqun Orucovun xidmətlətinin əvəzsiz olduğunu vurğulayıb. O bildirib ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti ilə qazanılmış tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Qələbə ruhumuz müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və daim yaşayacaq. Dominos pizza

Rayon rəhbərliyi şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanaraq, doğmalarına bir daha başsağlığı verib.

Qeyd edək ki, Şəhidimiz Coşqun Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Allahdan bütün Şəhidlərimizə rəhmət, onların yaxınlarına səbr diləyirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!