İcra başçısı şəhidin ad günündə məzarını ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin ad günündə məzarını ziyarət etdi - Fotolar

Sosial

27 İyul 2021 14:43 1589


Suraxanı rayonunda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb.

Yenisabah.az xəbər verir ki, iyulun 27-də şəhidimiz Fərzullazadə Mehdi Zaman oğlu da doğum günündə anılıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri Şəhidin doğum günü münasibətilə onun xatirəsini məzarı önündə ehtiramla yad edərək, ailəsinə baş çəkiblər. 

RİH başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək onların qayğıları ilə maraqlanıb, şəhidimizin bizlərə əmanət qoyub getdiyi doğmalarının bundan sonra da hər zaman diqqət və qayğı ilə əhatə olunacağını bildirib. pizza mizza

Daha sonra şəhidin təhsil aldığı 208 saylı tam orta məktəbdə onun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Vətən uğrunda canını fəda etmiş igidlərimizin  döyüş yolunun öyrənilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, göstərdikləri şücaətin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə təşkil olunmuş tədbirdə şagirdlərin iştirakı ilə vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!