İcra başçısı şəhidin anım mərasiminə qatıldı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin anım mərasiminə qatıldı - FOTOLAR

Sosial

02 Dekabr 2024 16:02 462


Beyləqan rayonunda helikopter qəzasında şəhidlik zirvəsinə ucalan baş leytenant Fərid Nağıyevin ildönümü qeyd olunub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından üç il ötür. Qəza nəticəsində həlak olan hərbi qulluqçuların sırasında həmyerlimiz şəhid Nağıyev Fərid Təyyar oğlu da olub.

Rayonun Şərq qəsəbəsində doğulub boya-başa çatmış şəhid Fərid Nağıyevin ildönümü mərasimi keçirilib. Hüzr mərasimində rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH aparatının məsul əməkdaşları,ictimaiyyətin nümayəndələri və şəhidin vaxtilə xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları iştirak edib . Pepperoni pizza

Şəhidin ildönümü ilə bağlı təşkil edilən ehsan süfrəsi ətrafında ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!