İcra başçısı şəhidin evində   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin evində - Fotolar

Sosial

17 Yanvar 2021 12:06 825


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHBA-nın əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidimiz baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun Əmircan qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından söz açan Əziz Əzizov və Afət xanım Həsənova Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləmişlər.

Ailənin problem və qayğıları ilə maraqlanan rayon rəhbərliyi qaldırılan hər bir müraciətin həlli üçün zəruri tədbirlərin aidiyyəti qurumlar tərəfindən əlaqəli şəkildə həyata keçirildiyini diqqətə çatdırmışdır. pizza

Ailə üzvləri məğrur igidimiz Orxan Hüseynov haqqında xatirələrini bölüşmüş, onun ruhu ehtiramla yad edilmişdir.

Qeyd edək ki,  Orxan Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!