İcra başçısı şəhidin məzarı başında - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidin məzarı başında - FOTOLAR

Sosial

15 Noyabr 2023 14:22 383


Bu gün, 44 günlük Vətən Müharibəsində yaralanmış qazi Əlizadə İslam Dursun oğlunun vəfatından 2 il keçir. 

Anım günü münasibətilə noyabrın 15-də haqq dünyasına qovuşmuş qazimiz, şəhid İslam Əlizadənin Məhəmmədi qəsəbəsində məzarı ziyarət olunaraq ruhu böyük ehtiramla yad edilib, ruhuna dualar oxunub. 

Yenisabah.az xəbər evrir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə rəhbərləri, şəhid ailələri iştirak ediblər.  Dördpendirli pizza

RİH başçısı Əziz Əzizov İslam Əlizadənin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. 

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!