Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin şəhidi Muxtar Qasımlının qardaşının toy məclisində iştirak edib.
Yenisabah.az xəbər verir ki, RİH başçısı Əziz Əzizov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsinə ehtiramını bildirərək gənclərə xoşbəxtlik diləyib.
Mərasimdə Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın əməkdaşları və digər qonaqlar iştirak ediblər. Sezar pizza
Telegram kanalımız