İcra başçısı şəhidlərin məzarını ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı şəhidlərin məzarını ziyarət etdi - Fotolar

Sosial

02 Yanvar 2021 11:15 1352


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və müavinləri Vətən müharibəsində həlak olan şəhidlərin dəfn olunduğu Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında salınan məzarlığı ziyarət ediblər. 

Yenisabah.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan cəsur igidlərimizin ruhuna dualar edilərək əziz xatirələri ehtiramla yad edilib.

Daha sonra döyüşlərdə yaralanan hərbiçilərimizi ziyarət edən Əziz Əzizov başda Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıb, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb. Dominos pizza

Qeyd edək ki, Tarixi qələbənin qazanılması uğrunda şücaət göstərən Suraxanı rayon şəhidlərinin ailələri və yaralı hərbiçilərimizlə mütəmadi olaraq görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!