İcra başçısı Vaqif Həsənovla bağlı sərxoşluq iddiasına cavab

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı Vaqif Həsənovla bağlı sərxoşluq iddiasına cavab

Sosial

01 Mart 2021 12:48 1202


İşğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedən Ağdam rayonunun icra başçısı Vaqif Həsənov ilə bağlı iddialar əsassızdır.

“Yeni Sabah” xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Rəhimova Ağdam rayon icra başçısı Vaqif Həsənovun sosial şəbəkədə yayılan videosundan danışarkən deyib. O bildirib ki, belə məlumatlar ancaq paxıl adamlar tərəfindən yayılır:

"İnsan bu boyda yalanı necə danışa bilər? Bu, ancaq paxıl, qəlbiqara insanların işidir. Bizim icra başçısının bütün fəaliyyəti göz qarşısındadır. Adam necə işləyən adamı görməzlikdən gələ bilər? İşləmək istəyən insana da imkan vermirlər”. Pepperoni pizza

Qeyd edək ki, Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb. Videodan görünür ki, icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!